Biləsuvarda şagirdin ölüm səbəbi məlum olub - YENİLƏNİB


Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, onun ölümünə qıcolma səbəb olub.

Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib və onun dili qatlanıb.

Yaxınlıqdakı şəxslər onu xəstəxanaya çatdırsalar da, şagirdin həyatın xilas etmək mümkün olmayıb.

****

Biləsuvar rayonunda şagird məktəbdə ölüb.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

Məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 15-05-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti