Tbilisidə Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya başlayıb


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdarı Tbilisidə parlament binasının yaxınlığında toplanaraq onun həbsdən azad edilməsini tələb edirlər.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, aksiyaya Hüquq və Ədalət partiyasının lideri Tamar Çarkviani rəhbərlik edir.
Təşkilatçılar aksiya iştirakçılarının arasında Almaniya, İspaniya, İtaliya, ABŞ və digər ölkələrdən gələn gürcü mühacirlərin də olduğunu bildiriblər. Onlar Saakaşvili azad edilənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Gürcüstanda saxlanılıb. İndi Rustavi şəhərinin həbsxanasındadır.

Tarix: 10-10-2021, 22:22
Xəbəri paylaş





Xəbər lenti