Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq İNTİHAR ETDİ (YENİLƏNDİ)


Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq İNTİHAR ETDİ (YENİLƏNDİ)
Bakıda yeniyetmə intihar edib.
Publika.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
xxx
Bakıda yeniyetmə intihar edib.
Publika.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı Aygün Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.Eyvazovaya bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. ("Report")
Tarix: 15-10-2021, 08:59
Xəbəri paylaş





Xəbər lenti