Daha bir baş həkim həbs edilib? - Kürdəmirdə əməliyyat keçirildiyi bildirilir



Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzov həbs edilib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “gununsesi.info”-ya adıçəkilən rayondakı mənbə məlumat verib.
Məlumata görə, Eynulla Novruzov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş şikayətlər əsasında araşdırma aparılıb və keçirilən əməliyyat tədbiri nəticəsində baş həkim həbs edilib.
Tarix: 22-10-2021, 17:51
Xəbəri paylaş





Xəbər lenti