Qəbiristanlıq yolunu bağlayan “Grand Aqro” şirkəti sakinləri kimlərlə üz-üzə qoyur? VİDEO




Xətai rayonunda zeytunluq əraziləri hasara alan “Grand Aqro” şirkəti qəbiristanlığa gedən yolu da bağlayıb. Bu isə vətəndaşların narazılığına səbəb olub.
“Musavat TV” olaraq mövzunu araşdırmaq üçün əraziyə yollandıq.
Zığ yolunun üstündə yerləşən zeytun bağı bir neçə gündür “Grand Aqro” şirkəti tərəfindən hasara alınıb və hasarlama prosesi hələ də davam edir.
Şirkət əraziləri hasarlayan zaman həm uzun illərdir orada yaşayan sakinlərin həyətyanı sahələrini, həm də 1963-cü ildən salınan qəbiristanlığın yolunu bağlayıb.

Sakinlərə alternativ kimi çala-çuxurlu və piyadaların hərəkəti mümkün olmayan bir yol verilib. Şirkət bu addımını belə izah edir ki, aldıqları bu ərazidə illərdir yaşayan sakinlərin həyətləri və 60 ilə yaxındır salınan qəbiristanlıq qeyri-qanunidir.
Bu ərazidə tikilən fərdi yaşayış evlərinin qanunsuz olması iddiası başa düşülə bilər. Amma bir qəbiristanlıq necə qeyri-qanuni ola bilər?
Ərazidə çəkiliş aparan zaman əvvəl özünü sahə rəisi kimi təqdim edən Vüqar adlı şəxs bizə mane olmağa çalışdı. Lakin söhbət vətəndaşların probleminə, iddialarına cavab verməyə gələndə üzə çıxmadılar.
“Grand Aqro” şirkətinin rəsmisi Ramil Əzimov ərazidə olsa da məsələ haqda danışmaq istəmədi.
Narazı vətəndaşlar söyləyir ki, bu ərazilərin hasara alınması işində mötəbər adamların adını çəkənlər də var.
Şirkətin bu əraziləri hasara alması, vətəndaşları narazı salması yəqin ki, rəsmi qurumlar tərəfindən araşdırılacaq...














Tarix: 1-11-2021, 22:11
Xəbəri paylaş





Xəbər lenti