Vəzifəli şəxs xeyriyyə fondunun rəhbərini aldadıb 33 min aldı




Vəzifəli şəxs xeyriyyə fondunun rəhbərini aldadıb külli miqdarda pulunu mənimsəyib.
Bakupost.az -ın xəbərinə görə, hadisə 2021-ci ilin may ayında baş verib.

Belə ki, sentyabrın 9-da Qırmızı Ürəklər xeyriyyə fondunun rəhbəri Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Sevda Haqverdiyeva ərizə ilə rayon prokurorluğuna müraciət edərək, cari ilin may ayında İmax Construction MMC-nin rəhbəri İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rüstəm Əhmədovun onu aldadıb hesabına 33 533 manat pul ödətməsini bildirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Tarix: 15-11-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti