Bərdədə ağac kəsən şəxslərə qarşı cinayət işi açılıb



Bərdə rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Araşdırma ila müəyyən edilib ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilmiş və nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyanın dəyib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Tarix: 16-11-2021, 11:57
Xəbəri paylaş





Xəbər lenti