“Kamera görüntüləri və bəzi dəlillər yoxa çıxıb” – Baytar qadını zorlayan professora kömək edən 3 polis saxlanıldı




Ankaradakı baytarlıq klinikasının sahibi professor Hasan Bilgin yanında işləyən baytara qarşı cinsi təcavüz iddiaları ilə saxlanılmışdı.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə zalından sərbəst buraxılan Hasan Bilgin yenidən məhkəməyə dəvət olunub.

Belə ki, hadisə zamanı 2 kamera qeydi də daxil olmaqla bəzi dəlillərin yoxa çıxmasına səbəb olan 3 polis əməkdaşı müəyyənləşdirilib.

Həmin polislərə vəzifələrindən sui-istifadə etdikləri üçün cinayət işi açılıb. Araşdırmalar yenidən başlanılıb.
2 kamera kaydı ve delillerin bir kısmı yok! Veterinere cinsel saldırıda 3 polise dava

Qeyd edək ki, Hasan Bilgili 2019-cu ilin aprel ayında Ankara Universiteti Baytarlıq Fakültəsinin müəllimi olarkən şəxsi klinikasında çalışan C.B.-yə cinsi təcavüz etməsi iddiası ilə saxlanılaraq həbs edilmiş və daha sonra prokurorluq tərəfindən sərbəst buraxılmışdı.

Hadisə ilə bağlı aparılan inzibati istintaq çərçivəsində Hasan Bilgili universitetdəki işindən çıxarılıb.

Təcavüzə uğradığını iddia edən qadının vəkili Aslıhan Koçak hadisə baş verən gün oradakı polislərin vəzifələrinin tələblərinə zidd hərəkət etdiklərini və dəlillərin bir qisminin və ya hamısının yoxa çıxmasına səbəb olduqlarını deyib.
Veterinere cinsel saldırı olayında gelişme: 3 polise dava - Güncel Haberler  - Bursadabugun.com

Dövlət məmurları Mehmet Ş., Nevzat Ç. və Yunus A. haqqında cinayət işi açılıb. Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində polis məmurlarına qarşı 'vəzifə səlahiyyətlərindən sui-istifadə' ittihamı ilə iddianamə çıxarılıb.
İttihama görə, polis əməkdaşları cinsi zorakılıq hadisəsi ilə bağlı sübutların toplanmasında ehtiyatsızlıq və səhlənkarlıq göstərərək, öz vəzifə borclarından sui-istifadə ediblər.

Bu səhlənkarlıq nəticəsində sözügedən kamera çəkilişlərini və digər materialları əldə etmək mümkün olmayıb. Şübhəli şəxs qismində saxlanılan polislər 3 aydan 1 ilə qədər həbs tələbi ilə iddianamənin qəbul edildiyi Ankara 22-ci Asliye Cəza Məhkəməsində mühakimə olunacaqlar.

Tarix: 20-11-2021, 23:09
Xəbəri paylaş





Xəbər lenti