AZƏRBAYCANDA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB - Ölənlər və yaralananlar var (Yenilənir)



Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".
Rəsmi təsdiqlənməmiş məlumata görə, qəzada yüksək rütbəli zabitlər həlak olub. 
Allah rəhmət eləsin.
Tarix: 30-11-2021, 13:41
Xəbəri paylaş





Xəbər lenti