Helikopterin qəzaya uğraması nəticəsində 14 zabit həlak olub



Daha əvvəl xəbər verildiyi kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 
Dövlət Sərhəd Xidmətindən Virtualaz.org-a verilən məlumata görə, qəza nəticəsində 14 hərbçi həlak olub.
Polkovnik Füzuli Cavadov
Polkovnik-leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mailov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Seleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
Fəhlə Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev
***
12:18
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".
Tarix: 30-11-2021, 15:38
Xəbəri paylaş





Xəbər lenti