Aksiyada saxlananlara hökm oxundu

Beş nəfər həbs edilib

Dünən, dekabrın 1-də “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiya ilə bağlı saxlanılanlardan bəziləri inzibati qaydada həbs olunub.
Bu gün, dekabrın 2-də Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP üzvləri Elçin Teymurov 25 sutka, İlham Hüseyn 30 sutka, Səyyad Quliyev 15 sutka, Elxan Əliyev isə 20 sutka inzibati qaydada həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinib.
Dekabrın 1-də aksiyadan sonra şəhərin mərkəzində gəzintiyə çıxarkən saxlandığı deyilən fəal Rüstəm İsmayılbəyliyə isə həmin maddə ilə 30 sutka həbs verildiyi açıqlanıb.
Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq” tələbi ilə keçirilən aksiyada saxlanıb buraxılan AXCP fəallarından Paşa Dadaşzadə və Saqif Qurbanovun da ciddi xəsarət aldığı bildirilir.
AXCP-dən vurğulanıb ki, P.Dadaşzadənin qolu bir neçə yerdən sındırılıb.

Dörd nəfərdən xəbər yoxdur…

Dekabrın 1-də “Saleh Rüstəmova azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra dörd nəfər fəaldan hələ də xəbər yoxdur.
Bu barədə bu gün, dekabrın 2-də onların yaxınları məlumat verib. Onlardan biri gənc fəal Rüstəm İsmayılbəyli, digərləri isə AXCP üzvləri İlham HüseynSəyyad Quliyev və Elxan Əliyevdir.
R.İsmayılbəylinin ailə üzvləri bildirib ki, o, aksiyada iştirak etməmişdi və aksiya bitəndən sonra şəhərin mərkəzində saxlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, ictimaiyyətə ətraflı məlumat veriləcək.
Azadlıq radiosu
Tarix: 2-12-2021, 21:03
Xəbəri paylaş





Xəbər lenti