Tərtərdə nə baş verib?



Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxslər tərəfindən Tərtərdə məktəbə hücum edilməsi hadisəsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, qeyd edilən məlumat əsasında Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

“Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - Mətbuat Xidmətindən qeyd edilib.

Xatırladaq ki, hadisə Tərtərin Şıxarx kəndi ərazisində yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, naməlum şəxslər tərəfindən məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.
Tarix: 10-12-2021, 16:47
Xəbəri paylaş





Xəbər lenti