Elvin Həşimli külli miqdarda dələduzluqda ittiham olunur



Azərbaycanda keçmiş polis əməkdaşı Elvin Həşimli külli miqdarda dələduzluqda ittiham olunur.
 
İstintaq orqanı ona 1,6 milyon dollarlıq dələduzluq etməsinə dair ittiham irəli sürüb.
 
Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinən E.Həşimlinin cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
 
Qeyd edək ki, E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı olub. Onun atası Elçin Həşimov isə Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir.
 
Kriminalqafqaz
Tarix: 15-12-2021, 21:23
Xəbəri paylaş





Xəbər lenti