Türkiyədə saxta içkidən 26 nəfər ölüb



Zəhərlənən 22 nəfərin müalicəsi davam edir
Türkiyədə daha 26 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. AYNA TRT-yə istinadən xəbər verir ki, hadisə İstanbul, Kahramanmaraş, Qaziantep, Sivas, Ərzincan, Yalova, Antalya, Mersin və Aksarayda baş verib.
Bildirilir ki, qeyri-qanuni yolla gəlir əldə etmək məqsədilə istehsal edilərək satılan saxta içkilər can almaqda davam edir.
Dekabrın 13-dən bəri metil spirtindən zəhərləndiyi təxmin edilən İstanbulun Esenler və Avcılar rayonlarında səkkiz, Kahramanmaraşda dörd, Qaziantepdə dörd, Sivasda üç, Yalovada iki, Ərzincanda iki, Antalyada bir, Mersində bir və Aksarayda bir nəfər ölüb. Bundan başqa, zəhərlənən 22 nəfərin müalicəsi davam edir.
Əməliyyatlarda 85 şübhəlinin saxlanıldığı, 13 qanunsuz spirtli içki istehsal edən obyektin müəyyən edildiyi açıqlanıb.
Tarix: 17-12-2021, 10:20
Xəbəri paylaş





Xəbər lenti