Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi - Şərikinin maşınını atəşə tutub



Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.
Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.
Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.
Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi "AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.//Qafqazinfo.az
Tarix: 18-12-2021, 12:28
Xəbəri paylaş





Xəbər lenti