24 yaşlı qız ərəbə qarşı 277 minlik dələduzluq etdi


 
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Bakıda 24 yaşlı qızın ondan 300 min manata yaxın pul alaraq mənimsədiyini bildirib.
 
BƏƏ vətəndaşı, 1977-ci il təvəllüdlü Ahmed Abdulla Mohammed Alaqbaş Alhebsi bu barədə polisə müraciət edərək məlumat verib.
 
Onun sözlərinə görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyuluna kimi Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü S.Ə.yə 277 min manat pul verib.
 
Alhebsi ərizəsində bildirib ki, S.Ə. onu müxtəlif vədlərlə aldararaq pulu geri qaytarmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qafqazinfo
Tarix: 25-12-2021, 21:20
Xəbəri paylaş





Xəbər lenti