"Nehrəm sakini yazdığı statusa görə polisə aparılıb"


"Ötən gün axşam saatlarında Nehrəm qəsəbə sakini Vəfadar Eyvazov Babək Rayon Polis Bölməsinə aparılıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan"a onun yaxınları məlumat verib.
Onların dediyinə görə, polislər Vəfadar Eyvazovu feysbukda bir neçə gün öncə yazdığı tənqidi statusa görə bölməyə aparıblar:
"Statusunda haqsızlığa etiraz edərək, yerli hakimiyyəti tənqid eləmişdi. Bu gün polislər evə gəlib, maşına basıb apardılar. Dedilər ki, yazdığı statusa görə izahat verməyə aparırıq. İndi ona zəng də çatmır ki, görək başına nə gəlib. Bölməyə getdik, onlar da heç bir məlumat vermədi. Qorxuruq ki, işgəncə verib, saxta cinayət işi açarlar".
Məsələ ilə bağlı Babək rayon Polis Bölməsindən münasibət almaq mümkün olmayıb.
Tarix: 12-06-2022, 14:27
Xəbəri paylaş





Xəbər lenti