Cəbrayılda bədbəxt hadisə: 7 nəfər...- ADLAR


İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu yanaşı, daha bir neçə nəfər xəsarət alıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir. 
Xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı və Cəlal Babayev xəstəxanaya yerləşdiriliblər. 
Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.
Tarix: 17-06-2022, 14:41
Xəbəri paylaş





Xəbər lenti