Azərbaycanda iki hərbçi qəzada həyatını itirdi


Kürdəmir rayonunda baş verən qəzada yaralanan hərbiçilərimiz vəfat edib.

Siam.az xəbər verir ki, Kürdəmir rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan iki hərbiçi - 1988-ci il təvəllüdlü mayor Yusif Mahir oğlu Məmmədli və 1999-cu il təvəllüdlü Fərid Samir oğlu Nəsibov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Hatəm Aydəmiroviç Baydaşovun isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük maşınına çırpılıb.


APA TV
Tarix: 19-06-2022, 14:33
Xəbəri paylaş





Xəbər lenti