Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib

Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.
 

Siam.az-ın xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.
 
Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.
 
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 19-06-2022, 14:46
Xəbəri paylaş





Xəbər lenti