Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun kapitanı Nizami Yolçuzadənin xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV zabitin yaxınlarından məlumat əldə edib. Bildirilib ki, hərbçinin olduğu maşın dərəyə aşıb.
Qeyd olunub ki, Nizami Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.
Müdafiə Nazirliyi hadisə ilə bağlı hələ rəsmi məlumat yaymayıb.