Azərbaycanda daha bir məmur saxlanıldı - YENİLƏNİB


Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Bu barədə Hurriyyet.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Bu barədə əlavə məlumat veriləcək".
***
15:21
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Siam.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.
Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.
Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.
Tarix: 21-06-2022, 18:11
Xəbəri paylaş





Xəbər lenti