“Baku Bus”un sürücüsü ürəyindən bıçaqlandı


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Siam.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.
Tarix: 4-07-2022, 08:22
Xəbəri paylaş





Xəbər lenti