Klinikaya müayinəyə gələn qadın özünü binadan atdı


Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.
Siam.az Trend-ə istinadən xəbər verir ki, klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.
Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 4-07-2022, 10:52
Xəbəri paylaş





Xəbər lenti