ABŞ-da paradda atışmada 6 nəfər ölüb, daha 24-ü xəsarət alıb


 
ABŞ-da Müstəqillik Günü paradı zamanı atışma baş verib.
APA CNN-ə istinadən xəbər verir ki, atışma Çikaqodan təxminən 40 kilometr şimalda yerləşən İllinoys şəhərində olub. Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.
Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.
***
ABŞ-da Müstəqillik Günü ilə bağlı keçirilən paradda atışma zamanı ölənlər olub.
APA “New York Times“ qəzetinə istinadən xəbər verir ki, İllinoys ştatının “Highland Park” ərazisində baş verən hadisə nəticəsində iki nəfər ölüb.
Hadisədən sonra parad ləğv edilib.
***
ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı baş verən atışmada azı 6 nəfər ölüb, daha 24 nəfər xəstəxanaya yerləşdirilib.
"Report" "ABC news"a istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, hücum edən şəxs təkbaşına hərəkət edib və onlarla atəş açıb.
Səlahiyyətlilərə görə, atəş açan şəxs azadlıqdadır və polis onu axtarır.
SİAM.AZ
Tarix: 4-07-2022, 23:10
Xəbəri paylaş





Xəbər lenti