"Qazprom"da "soyqırım"?-Son 6 ayda Rusiyanın 5-ci top-meneceri müəmmalı şəkildə həlak olub


Leninqrad vilayətinin Vıborq rayonunda "Qazprom" dövlət korporasiyasının podratçısı olan "Astra-Şippinq" nəqliyyat-logistik şirkətinin baş direktoru, biznesmen Yuri Voronovun ölümünün baş vermə şəraiti araşdırılır.
 


Moderator.az xəbər verir ki, bu barədə "Moskovskiy komsomolets" qəzeti məlumat yayıb.
 
Yerli 78.ru qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib ki, 61 yaşlı top-menecerin cəsədi "Morskiye terrası" qəsəbəsində hövuzda aşkar edilib.
 
Polis əməkdaşları mərhumun baş nahiyəsində odlu silah yaralanmasını qeydə alıb və meyitdən bir az aralıda Grand Power T12 travmatik tapança aşkar edib.
 
"Moskovskiy komsomolets" qəzetinin məhlkəmə-təbabəti ekspertlərindən əldə etdiyi məlumatına görə, mərhum yaxın məsafədən güllələnib.
 
Ölüm iyulun 4-də gecə yarısından səhər saat 5 arasında baş verib. 
 
Hazırda polis silahın kimin adına rəsmiləşdiridiyini aydınlaşdırır.
 
Həlak olanın həyat yoldaşının sözlərinə görə, bu yaxınlarda Voronovla onun biznes üzrə etibarlı şəxsi arasında münaqişə baş verib.
 
Qeyd edək ki, son yarım ildə "Qazprom" və korporasiya ilə əlaqəli olan şirkətlər bir neçə top-menecerini itirib.
 
Aprelin 27-də "Qazprombank"ın vitse-prezidenti İqor Volobuyev Rusiyadan Ukraynaya gedərək, ərazi-müdafiə taboru sıralarına daxil olub.
 
Aprelin 18-də Moskvada, Universitet prospektində "Qazprombank"ın sabiq vitse-prezidenti Vladislav Avayevin ailəsi ölü tapılıb. 
 
İstintaq hesab edib ki, 51 yaşlı Vladislav Avayev tapançadan 47 yaşlı həyat yoldaşını və 13 yaşlı qızını güllələləyərək, sonra intihar edib.
 
Aprelin 21-də İspaniyada Rusiyanın daha bir "Novatek" neft-qaz şirkətinin sabiq top-meneseri Sergey Protosenya həyat yoldaşı və qızı ilə ölü tapılıb.
 
İstintaq güman edib ki, 55 yaşlı biznesmen əvvəlcə balta və bıçaqla ailə üzvlərini qətlə yetirib, sonra isə evinin bağında özünü asaraq intihar edib.
 
Fevral ayında Peterburq yaxınlığındakı nüfuzlu Leninskoye qəsəbəsində "Qazprom"un Vahid hesablama mərkəzi baş direktorunun müavini Aleksandr Tülyakov asılmış vəziyyətdə aşkar edilib.
 
Yanvarın sonunda elə həmin qəsəbədə, istintaqın güman etdiyi kimi, "Qazprom invest" şirkətinin nəqliyyat xidmətinin rəhbəri Leonid Şulman intihar edib.
Tarix: 6-07-2022, 09:51
Xəbəri paylaş





Xəbər lenti