Sumqayıtda polis serjantı özünü asdı


Sumqayıt şəhərində polis əməkdaşı intihar edib.
Siam.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.


Faktla bağlı araşdırma aparılır.
Tarix: 6-07-2022, 22:26
Xəbəri paylaş





Xəbər lenti