BAKININ MƏRKƏZİNDƏ PARTLAYIŞLA BAĞLI - “Baktelecom” açıqlama yaydı + VİDEO (Yenilənib)




Məlum olduğu kimi, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən, rabitə infrastrukturuna ziyan dəyməyib.
“Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq”, - deyə “Baktelecom” bəyan edib.
***


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Bu barədə FHN-ə istinadən xəbər verir.
İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
***
Paytaxtın Nizami küçəsində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.
Həmin görüntüləri təqdim edirik:


Tarix: 12-07-2022, 14:05
Xəbəri paylaş





Xəbər lenti