Bakıda dəhşət: ana iki azyaşlı qızı ilə özünü MİDA-nın binasından atdı - VİDEO


Bakının Yasamal rayonunda intihar qeydə alınıb.
 
Hadisə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsində olan binalardan birində baş verib.
 
Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2020-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.
 
Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.
 
APA
 
Tarix: 19-07-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti