Bakıda direktor işçiləri məktəbə buraxmadı



Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun müəllimləri təhsil müəssisəsinə buraxmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.
 
Məktəbin direktoru Almaz Həsrət “Report”a açıqlamasında bildirib ki, müəllimlərin məktəbə buraxılmaması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
 
Onun sözlərinə görə, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilən keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib: "İşdən azad edilməsinə baxmayaraq həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub. Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
 
Xatırladaq ki, bir müddət əvvəl İ.Yusifovanın tam orta təhsili olmadan məktəbdə çalışması ilə bağlı məlumat yayılmış və bu da ciddi müzakirələrə səbəb olmuşdu.
Tarix: 31-03-2023, 11:01
Xəbəri paylaş





Xəbər lenti