Rusiyada insident: 10 hərbçi girov götürüldü
Rusiyanın Bryansk vilayətində çağırışçı əsgərlərdən biri 10 hərbçini girov götürüb.Bu barədə Teleqram kanalları məlumat yayıb.
Samara vilayətindən olan çağırışçının avtomat və əl qumbarası ilə silahlandığı bildirilib. Həmin şəxs əl qumbarasını partladacağı ilə təhdid edib.
Məlumata görə, həmin şəxs yaxın qohumlarının Ukraynada öldürüldüyünü eşitdikdən sonra bu addımı atıb.
Polis onun olduğu mədəniyyət evinin binasını mühasirəyə alıb. Təxminən 1 saatdan sonra aparılan danışıqlar nəticəsində girovlar azad edilib.
Tarix: 2-04-2023, 14:24