Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər- Yenilənib


Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.
Fərhad İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.
Tarix: 3-04-2023, 14:12
Xəbəri paylaş





Xəbər lenti