Ovannisyan təhdid etdi: “Azərbaycan-Türkiyə" deyənin dilini, qulağını kəsəcəyik


 898 
“Xalqı “Azərbaycan-Türkiyə qrupu” adlandıranların dilini kəsəcəyik”.
Siam.az  Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan Ermənistanın Ombudsmanı postuna müxalifətdən namizəd Edqar Kazaryanın sözlərinə münasibət bildirərkən deyib.
Parlamentin İnsan hüquqları və ictimai məsələlər daimi komissiyasının növbədənkənar iclasında Kazaryan bəyan edib ki, 2018-ci ildə Ermənistanda “Azərbaycan-Türkiyə inqilabı” baş verib.
“Sən kimsən? Xalqımıza hansısa “Azərbaycan-Türk qrupu” deməyə cəsarət edənin dilini kəsərik. Əziz həmvətənlər, sizinlə bərabər biz də dilimizi kəsəcəyik. Hər şeyi başa düşürsən? , - Ovannisyan bildirib.
Komissiyanın rəhbəri Taquhi Tovmasyan Ovannisyana, əslində hədə dili ilə danışdığını irad bildiriəndə, o, bunu inkar etməyib: “Bunu təhdid kimi qəbul edin. Əgər kimsə xalqımıza nəsə desə, mən onun dilini də, qulaqlarını da kəsəcəyəm”.
Qeyd edək ki, parlamentin hakim “Mülki müqavilə” fraksiyası Ermənistanın Ombudsmanı vəzifəsinə baş prokurorun müavini Anahit Manasyanın namizədliyini rəsmən irəli sürüb.
Parlamentin “Mənim şərəfim var” və “Hayastan” (“Ermənistan”) fraksiyaları isə Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsinin keçmiş sədri Edqar Kazaryanın namizədliyini irəli sürüb.
Tarix: 4-04-2023, 18:41
Xəbəri paylaş





Xəbər lenti