Goranboyda evə basqın olub, bir nəfər güllələnib
Goranboyda silahlı insident olub.
APA xəbər verir ki, Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə həmin qəsəbədə yaşayan Asəf Yunislinin evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi odlu silahdan 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna 1 dəfə atəş açıb.
Surət Məmmədov həmçinin, həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Tarix: 7-04-2023, 10:51