Laçında bir nəfər minaya düşdü - YENİLƏNDİ - 2


Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
 
"Hazırda Laçın Rayon Prokurorluğunda araşdırma davam etdirilir. Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda qeyd edilib.
 
***
15:07
 
Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.
 
Agentlikdən Pravda.az-a verilən xəbərə görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.
 
Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.
 
***
 
15:04
 
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
 
Bu barədə Pravda.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
 
Araşdırma aparılır.
Tarix: 12-04-2023, 18:54
Xəbəri paylaş





Xəbər lenti