“Oyunbazlıq” davam edəcək – hakimiyyət 2028-ə də tamah salıb

“Oyunbazlıq” davam edəcək – hakimiyyət 2028-ə də tamah salıb Azərbaycan 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibli etməyə iddiasını irəli sürə bilər. Bunu gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir gələcəkdə Azərbaycanda başqa olimpiadalrın keçirilməsi mümkünlüyündən danışarkən deyib ki, Azərbaycan 2024-cü il Yay Olimpia Oyunları ilə bağlı iddia irəli sürməyib. Ancaq 2028-ci il Yay Olimpia Oyunlarına ev sahibliyi üçün müraciət edə bilər.

Nazir İslamiadanın nəticələri barədə danışarkən, bu tədbiri xeyli tərifləyib. Bildirib ki, Bakıdadı İslam Həmrəyliyi Oyunları 2016-cı ildə Rio-de-Janeroda təşkil edilən Olimpiya Oyunlarından da yüksək səviyyədə keçib.

Bu yarışlara çəkilən xərclər və əldə olunan qazanca gəlincə, nazirin iddiasına görə biletlərin satışından 3 milyon manata yaxın gəlir götürülüb. Lakin xərclər barədə dəqiq rəqəm ifadə olunmayıb. A.Rəhimov deyib ki, açılış və bağlanış mərasiminə 20 milyon dolların ayrılması nəzərdə tutulurdu. Hələlik, xərclər dəqiq hesablanmayıb.

Bu ilin dövlət büdcəsində beynəlxalq idman oyunlarının təşkilinə 317 milyon manat ayrılıb.
Tarix: 24-05-2017, 08:22
Xəbəri paylaş





Xəbər lenti