Vaxtilә Kәmalәddin Heydәrovla 10 milyonluq müqavilә imzalamış bu şәxsә qarşı İsveçrәdә 3 cinayәt işi qaldırılıb.

 Vaxtilә Kәmalәddin Heydәrovla 10 milyonluq müqavilә imzalamış bu şәxsә qarşı İsveçrәdә 3 cinayәt işi qaldırılıb. Kəmaləddin Heydərovla rüşvət əməliyyatında iştirak edən digər şəxsə qarşı cinayət işi qaldırıldı


Beynәlxalq Hәvәskar Boks Assosasiyasının prezidenti Çinq-Kuo Vu tutduğu vәzifәdәn azad edilib. Bu barәdә qәrarı AİBA-nın İntizam Komisiyası verib.


Hansısa beynәlxalq federasiyanın rәhbәrinin vәzifәsindәn uzaqlaşdırılması Azәrbaycan üçün ciddi әhәmiyyәt daşıyan mәsәlә hesab olunmur. AİBA-nın prezidentinin tutduğu vәzifәdәn uzaqlaşdırılması haqqında mәlumatı biz vermәyә bilmәrik. Mәsәlә burasındadır ki, 2011-ci ildә BBC sensasion mәlumat yaymışdı. Yayılmış xәbәrdә deyilirdi ki, 2012-ci ildә Londonda keçirilәcәk olimpiadada Azәrbaycan boksçuları üçün qızıl medalların satın alınması ilә bağlı razılaşma olub. Bu mәqsәdlә Azәrbaycan Boks Federasiyasının prezidenti Kәmalәddin Heydәrovla AİBA-nın icraçı direktoru Xo Kim arasında 10 milyon dollarlıq müqavilә imzalanıb. Bundan әlavә 10 milyon dollarlıq vәsait verilmә әrәfәsindә Azәrbaycan Boks Federasiyasının prezidenti Kәmalәddin Heydәrovla AİBA prezidenti Çinq-Kuo Vu arasında boks üzrә 16-cı dünya çempionatının keçirilmәsi ilә bağlı müqavilә imzalanmışdı. Bu isә o demәkdir ki, Azәrbaycanda boks üzrә dünya çempionatını keçirmәk 10 milyonluq müqavilәnin şәrtlәrindәn biri olub.

Bu hadisә çox böyük qalmaqala sәbәb oldu vә Beynәlxalq Olimpiya Komitәsi AİBA-ya ötәn il faktiki ultimatum verdi. Qoyulan tәlәbdә deyilirdi ki, nә qәdәr ki, AİBA tәşkilatın maliyyә idarәçiliyindәki problemlәri aradan qaldırmayıb, lazımi anti-dopinq tәdbirlәri görmәyib, hakimliklә bağlı yaranmış problemli mәsәlәlәri hәll etmәyib, o vaxta qәdәr Beynәlxalq Olimpiya Komitәsi AİBA-nın maliyyәlәşmәsini hәyata keçirmәyәcәk. Bunun nәticәsindә AİBA-da bir qrup şәxs açıq şәkildә Çinq-Kuo Vunun istefasını tәlәb etmәyә başladılar. Aylarla davam edәn mübarizәdәn sonra Çinq-Kuo Vunu vәzifәsindәn kәnarlaşdırmaq mümkün oldu.

 Vaxtilә Kәmalәddin Heydәrovla 10 milyonluq müqavilә imzalamış bu şәxsә qarşı İsveçrәdә 3 cinayәt işi qaldırılıb.

O ki, qaldı AİBA-nın icraçı direktoru Xo Kimә, vaxtilә Kәmalәddin Heydәrovla 10 milyonluq müqavilә imzalamış bu şәxsә qarşı İsveçrәdә 3 cinayәt işi qaldırılıb. AİBA-nın keçmiş icraçı direktoru Xo Kim 10 milyon dolları mәnimsәmәkdә ittiham edilir.
Tarix: 11-10-2017, 15:51
Xəbəri paylaş





Xəbər lenti