Futbol üzrə Almaniya kubokunda finalçılar bəlli olub.
Publika.az xəbər verir ki, yarımfinal matçında Frankfurtun “Ayntraxt” klubu “Şalke”ni 1:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Bundan əvvəl “Bavariya” Leverkuzenin “Bayer” klubunu 6:2 hesabı ilə darmadağın edərək finala yüksəlib.
Beləliklə, mayın 19-da həlledici oyunda “Ayntraxt” və “Bavariya” üz-üzə gələcək.