Ronaldo "Yuventus"da neçə nömrəli forma ilə çıxış edəcək? - FOTO

 “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun İtaliya klubunda neçə nömrəli forma ilə çıxış edəcəyi bəlli olub.
Yenicag.az xəbər verir ki, o, Turin təmsilçisində 7 nömrəli formanı tərlədəcək.
Qeyd edək ki, indiyədək “Yuventus”da sözügedən nömrə Xuan Kuadradoda məxsus idi. Lakin kolumbiyalı futbolçu şəxsi “instagram” səhifəsində paylaşım edərək, Ronaldoya 7 nömrəli formayla uğurlar arzu edib: “Bu formanı ona vermək xoşdur. Ronaldoya yeni macərasında uğurlar arzulayıram”. 
Tarix: 12-07-2018, 14:44
Xəbəri paylaş





Xəbər lenti