Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bürünc mükafatçısı müəyyənləşəcək.
Modern.az xəbər verir ki, üçüncü yer uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gələcək.
Belçika yığması 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə Fransaya uduzub.
İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.
Xatırladaq ki, sabah keçiriləcək final oyununda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
14 iyul
Dünya çempionatı
3-cü yer uğrunda oyun
18:00. Belçika – İngiltərə
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu