Dünyanın ən zəngin idman klubu - Reytinq

 


   
ABŞ-ın “Dallas Kovboys” klubu dünyanın ən bahalı idman klubu seçilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Forbes” yayıb. “Dallas Kovboys”un dəyərinin 4,8 milyard dollar olduğu və onun dəyərinin keçən illə müqayisədə 14% bahalaşdığı bildirilib.
Tərtib edilən reytinq cədvəlində ikinci yeri 4,1 milyardla “Mançester Yunayted” klubu tutub. Ondan sonrakı yerdə “Real Madrid” (4,09 milyard) və “Barselona” (4,06 milyard) qərarlaşıb.
“Forbes”in hazırladığı reytinqdəki ən zəngin 50 idman klubunun 29-u ABŞ Milli Futbol Liqasının üzvüdür. Avropadan bu siyahıya 7 futbol klubu (“Mançester Yunayted”, “Real”, “Barselona”, “Bavariya, “Mançester Siti”, “Arsenal” və “Çelsi”) düşə bilib.
Tarix: 19-07-2018, 15:28
Xəbəri paylaş





Xəbər lenti