Məşhur qardaşlar futbolçu karyeralarını başa vurdular


Rusiyanın tanınmış oyunçuları Vasili və Aleksey Berezutski qardaşları futbolçu karyeralarını başa vurublar.

Qol.az-ın xəbərinə görə, bu barədə onların son klubu olan Moskva MOİK-i məlumat yayıb.

Qeyd edək ki, 36 yaşlı Vasili və Aleksey Berezutski qardaşlarının MOİK-lə müqaviləsi bu il iyunun 30-u başa çatmışdı. Hər iki oyunçu altıqat Rusiya çempionu, yeddiqat Rusiya kuboku, altıqat ölkə Superkubokunun qalibi olublar. Onlar, həmçinin 2004/05 mövsümündə UEFA kubokunu qazanıblar.

2001-ci ildən MOİK-də çıxış edən A.Berezutski 502 oyunda 11 qol vurub. V.Berzutski isə 2002-ci ildən şərəfini qoruduğu Moskva klubunda 531 matçda 13 dəfə fərqlənib.

Xatırladaq ki, qardaşlar bu ilin martında millidəki karyeralarını başa vurmuşdular.

Tarix: 21-07-2018, 23:57
Xəbəri paylaş





Xəbər lenti