Rusiyalı boksçu ukraynalıya dörd çempion kəməri uğrunda döyüşdə uduzub

 


Rusiyalı boksçu Murad Qassiyev ukraynalı Aleksandr UsikaÜmumdünya boks superseriyasının finalında uduzub.
Oxu.Az Lenta.ru-ya istinadan xəbər verir ki, döyüş şənbə günü Moskvada keçirilib və 12 raund davam edib.
Hakimlərin qərarı ilə (120:108, 119:109, 119:109) qələbəni Aleksandr Usik qazanıb.
Beləliklə, ukraynalı Ümumdünya boks superseriyasının qalibi, eləcə də Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO), Ümumdünya Boks Şurası (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə çempionluq kəmərlərininin sahibi olub.
Usik və Qassiyevin hər birində iki kəmər mövcud idi. Ukraynalı WBC və WBO, rusiyalı isə WBA и IBF versiyasında çempion adını daşıyırdı.
Tarix: 22-07-2018, 23:17
Xəbəri paylaş





Xəbər lenti