Beynəlxalq Çempionlar Kuboku: “Yuventus” “Bavariya”nı məğlub edib


Beynəlxalq Çempionlar Kuboku-2018 turniri çərçivəsində “Yuventus” – “Bavariya” matçı keçirilib.

 

APA-nın məlumatına görə, ABŞ-ın Filadelfiya şəhərində baş tutun qarşılaşmada “Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.

 

Hər iki qolun müəllifi komandaya yenicə qatılan 21 yaşlı Andrea Favalli olub.

 

Növbəti oyunlarda “Yuventus” “Benfika” ilə (28 iyul), “Bavariya” isə “Mançester Siti” ilə (29 iyul) qarşılaşacaq.

Tarix: 26-07-2018, 07:32
Xəbəri paylaş





Xəbər lenti