Futbol üzrə Avropa Liqasında "play-off" mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
"Report" xəbər verir ki, qrup mərhələsinə 21 komanda yüksələcək.
Onlardan 8-i Çempionlar, 13-ü isə Liqa Yolu ilə vəsiqə əldə edəcək. Azərbaycan təmsilçisi "Qarabağ" Moldova "Şerif"ini mübarizədən kənarlaşdıracağı təqdirdə, bu hüquqa yiyələnəcək.
Avropa Liqası, "Play-off" cütlərinin tərkibi
Çempionlar Yolu
"Olimpiya" (Sloveniya) - "Spartak" (Trnava, Slovakiya)
APOEL (Kipr) - "Astana" (Qazaxıstan)
"Rusenborq" (Norveç) - "Şkendiya" (Albaniya)
"Düdelanj" (Lüksemburq) - ÇFR (Kluj, Rumıniya)
"Suduva" (Litva) - "Seltik" (Şotlandiya)
"Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)
"Malmö" (İsveç) - "Mityullann" (Danimarka)
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Lüdoqorets"
Əsas Yol
"Siqma" (Çexiya) - "Sevilya" (İspaniya)
"Sarpsborq" (Norveç) - "Makkabi" (Təl-Əviv, İsrail)
"Gent" (Belçika) - "Bordo" (Fransa)
"Partizan" (Serbiya) - "Beşiktaş" (Türkiyə)
"Rapid" (Vyana, Avstriya) - "Styaua" (Rumıniya)
"Apollon" (Kipr) - "Bazel" (İsveçrə)
"Reyncers" (Danimarka) - "Ufa" (Rusiya)
"Atalanta" (İtaliya) - "Kopenhagen" (Danimarka)
"Zenit" (Rusiya) - "Mölde" (Norveç)
"Trençin" (Slovakiya) - AEK (Larnaka, Kipr)
"Genk" (Belçika) - "Bröndbü" (Danimarka)
"Olimpiakos" (Yunanıstan) - "Börnli" (İngiltərə)
"Zarya" (Ukrayna) - "Leyptsiq" (Almaniya)
Qeyd edək ki, ilk oyunlar avqustun 23-də adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə avqustun 30-da keçiriləcək.