Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson Rusiyanın Çelyabinsk əyalətində Korkinoda bədən tərbiyəsi kompleksinin açılışında iştirak edib.
Axar.az xəbər verir ki, təntənəli tədbirdə Tayson çıxış edərək, çəki dərəcəsindən asılı olmayaraq, kimin dünyanın ən yaxşı boksçusu olduğunu açıqlayıb.
"İndi ən yaxşı kimdir? Ukraynalı Vasili Lomaçenko mənim xoşuma gəlir. O, çox yaxşıdır, onun əla stili var. Errol Spens də yaxşıdır, amma Lomaçenko mənim xoşuma gəlir, o, indi ən yaxşıdır", - Tayson söyləyib.