Dünyanın gözlədiyi döyüş başa ÇATDI: boğucu fəndlə... - FOTO/VİDEO


Dünyanın gözlədiyi döyüş başa ÇATDI: boğucu fəndlə...

Döyüş başa çatdı.

Publika.az xəbər verir ki, dördüncü raundda Həbib Nurməhəmmədov rəqibinə qarşı boğucu fənd tətbiq edib və irlandiyalı idmançı təslim olub.

***

Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş başlayıb.


Qarşılaşma Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena”da keçirilir.

Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb. (Report).

Tarix: 7-10-2018, 10:12
Xəbəri paylaş





Xəbər lenti