Rusiyada keçirilən dünya çempionatı tarixdə ən yaxşı turnirdir - FIFA Şurası


Rusiyada keçirilən dünya çempionatı tarixdə ən yaxşı turnirdir - FIFA Şurası

Bu barədə FIFA Şurasının üzvü Aleksey Sorokin bildirib.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Rusiyada keçirilən 2018-ci il dünya çempionatını tarixdə ən yaxşı turnir adlandırıb.

Bu barədə TASS Agentliyinə FIFA Şurasının üzvü Aleksey Sorokin təşkilatın rəhbər heyətinin oktyabrın 26-da Ruandada keçirilən iclası başa çatdıqdan sonra bildirib.

A.Sorokin deyib: “Olduqca ətraflı hesabat səslənib. FIFA-nın yarışların və tədbirlərin keçirilməsi üzrə departament direktoru Kolin Smit faktoloji hesabat təqdim edib. Mən də ümumi və emosional xarakterli çıxış etdim. Ümumilikdə, dünya çempionatı yekdilliklə və bütün parametrlərə görə uğurlu, idman tarixində ən yaxşı turnir hesab edilib. Bu barədə Şuranın qəbul etdiyi hesabatda deyilir”.

“Bir çox göstəricilərə görə bundan əvvəlki dünya çempionatlarının rekordları təzələnib. Pulsuz nəqliyyat, azarkeşlərin identifikasiyası və digər yeniliklər kimi təşəbbüslərimiz uğurlu sayılıb”, - deyə A.Sorokin əlavə edib.

Xatırladaq ki, dünya çempionatının qalibi finalda Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa komandası olub. Rusiya yığması öz tarixində ilk dəfə turnirin dörddəbir finalına yüksələrək, penalti seriyasında xorvatlara məğlub olub.

Cebhe.info


Tarix: 27-10-2018, 09:37
Xəbəri paylaş





Xəbər lenti