İspaniya polisi La Liqanın son turunda keçirilən "Valyadolid" - "Valensiya" oyunu ilə bağlı araşdırma aparır.
Qol.az "El Mundo"ya istinadən xəbər verir ki, meydan sahiblərinin 7 futbolçusu oyun alqı-satqısında şübhəli bilinir.
Futbolçuların "Valyadolid"in hər iki hissədə məğlubiyyətinə pul qoyuluşu etdikləri, 10 min avro məbləğində mərcə girərək, nəticədə bu məbləğin 2 qatını qazanıqları bildirilir.
Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.