Braziliya Argentinaya qalib gələrək Amerika Kubokunun finalına çıxdı


Braziliyanın Belu-Orizonti şəhərində futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Braziliya və Argentina yığmaları qarşılaşıb. Report xəbər verir ki, oyun Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb.

Birinci qol oyunun 19-cu dəqiqəsində vurulub. Hücumçu Qabriel Jesuz Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qolu isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.

Argentina yığmasına qalib gələrək Braziliya Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə görüşəcək .

Tarix: 3-07-2019, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}